Ermənistanda DAHA İKİ İSTEFA
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda DAHA İKİ İSTEFA

Ermənistanın iqtisadiyyat və ədliyyə nazirinin müavinləri Rafik Qriqoryan və Naira Marqaryan istefaya göndərilib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan müvafiq sərəncam imzalayıb.

Qərarlar hökumətin veb-saytında dərc olunub.

Xatırladaq ki, Ermənistanda son bir həftə ərzində 6 nazir vəzifəsindən azad edilib. İlk istefaya gedənlər xarici işlər və müdafiə nazirləri Zohrab Mnatsakanyan və David Tonoyan olub. Onları fövqəladə hallar naziri Feliks Tsolakyan, əmək və sosial işlər naziri Zaruxi Batoyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan izləyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm