Paşinyan müxalifəti hiddətləndirdi - Hər kəs istefasını tələb edir
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan müxalifəti hiddətləndirdi - Hər kəs istefasını tələb edir

Paşinyanın istefası çoxluğun tələbidir.

Publika.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib.

“Ermənistan baş naziri Nikol Paşinyanın istefası ölkə vətəndaşlarının əksəriyyətinin tələbidir. Müxalifətin tələblərinin cəmiyyətdə cavab tapmadığını söyləmək ən azı alçaqlıqdır. İnsanlar kədərlənir, ağrılar çəkir. Buna görə də siyasi proseslərdə iştirak etmək istəmədikləri aydındır”, - Vanetsyan deyib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan TASS-a verdiyi müsahibəsində müxalifətin istefası ilə bağlı çağırışlarının Ermənistan cəmiyyətində geniş cavab tapmadığını söyləmişdi.

Xatırladaq ki, 17 müxalifət partiyası İrəvanda 10 noyabrdan bəri Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanan Qarabağla bağlı üçtərəfli bəyanata etiraz olaraq mitinqlər keçirir. Müxalifət baş nazirin istefasını, xilasetmə komitəsinin yaradılmasını və bəyanatın bəzi müddəalarında dəyişiklik tələb edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm