Ermənistanın sabiq baş naziri Paşinyanı İFŞA ETDİ: Rusiya ordunu gücləndirəcək, amma...
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın sabiq baş naziri Paşinyanı İFŞA ETDİ: Rusiya ordunu gücləndirəcək, amma...

Paşinyan Rusiya ilə münasibətləri gücləndirə bilmədi, daha sonra İran və Çin ilə olan əlaqələri də korladı.

Publika.az xəbər verir ki, bunun Ermənistanın sabiq baş naziri Qrant Baqratyan keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 25 il əvvəl bir-birini tamamlayan siyasətlər yürütmək mümkün idi, lakin indi Rusiya və ABŞ-ın yolları ayrılıb və həmin vaxt dünya güclərinin dövrü idisə, indi regional güclərin dövrüdür. Əlavə olaraq, Qərb bu bölgəni çoxdan Türkiyəyə "həvalə edib".

Baqratyan qeyd edib ki, ABŞ və Avropa İttifaqı bu bölgəni Türkiyənin "mərhəmətinə" tapşırarsa, Ermənistan üçün seçim Rusiya ilə Türkiyə arasında olacaq.

Onun sözlərinə görə, İrəvan Tehran və Tiflislə münasibətləri inkişaf etdirə bilmədi, üstəlik uyğurlarla problemi və anti-türk siyasi mövqeyini açıq şəkildə bəyan etdi və bununla Çin ilə münasibətlər ciddi şəkildə pozuldu. O, Ermənistanın ABŞ-ın yaratdığı və Çindəki uyğurlara fəal dəstək verən Beynəlxalq Dini İnanc Azadlığı İttifaqına qatıldığını xatırladıb.

Qərb ölkələrinə gəldikdə, Ermənistanın keçmiş baş nazirinin dediyinə görə, əlbəttə ki, Trüdo (Kanadanın baş naziri – red.) ilə şəkil çəkdirmək və ya Merkellə (Almaniya kansleri – red.) selfi çəkmək xoşdur, amma onların heç biri nə sursat, nə də avadanlıqla Ermənistana kömək etmək fikrində deyildi.

Baqratyan yaxın gələcəkdə Rusiyanın Ermənistan ordusunu gücləndirməyə çalışacağını, ancaq burada yalnız silahlı qüvvələri deyil, ölkəni də gücləndirə biləcək bir liderə ehtiyac olduğunu vurğulayıb.

Xatırladaq ki, 9-dan 10-na keçən gecə üçtərəfli atəşkəs elan edilməsinin nəticələrindən sonra Rusiyanın sülhməramlı kontingenti artıq Dağlıq Qarabağda yerləşdirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm