Ermənilər AYAĞA QALXDI: Paşinyan çıxılmaz vəziyyətdə... - İrəvan SİLKƏLƏNİR
Bizi izləyin

Cənubi Qafqaz

Ermənilər AYAĞA QALXDI: Paşinyan çıxılmaz vəziyyətdə... - İrəvan SİLKƏLƏNİR

Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir.

Publika.az xəbər verir ki, etirazçılar ölkədə hərbi vəziyyətin ləğvi və baş nazirin istefasını tələb edir.

Ölkə parlamenti hazırda müxalifətin ölkədə 27 sentyabrda elan edilmiş hərbi vəziyyətin ləğvi təşəbbüsünü müzakirə edir.

"Səlahiyyətli şəxslər hərəkətlərinə görə cavabdeh olmalıdırlar. Biz əraziləri təslim edən vəzifəliləri qəbul etmirik. Bu, bir ayıbdır. Belə bir insanın rəhbərliyi altında yaşaya bilmərik", - nümayişçilər qeyd edir.

Etirazçılar əllərində "Hər şeyə görə cavab verin", "Biz belə bir güc istəmirik", "Xain – istefa ver", "Hərbi vəziyyət uzadılmasın" şüarları tutublar.

Ermənistan xalqı hərbi vəziyyətin uzadılmasının vətəndaşların küçələrə çıxmasının və Paşinyanın siyasətinə etiraz etmələrinin qarşısını almaqla bağlı olduğunu bildirir. Onlar Paşinyan istefa edənə qədər mübarizəni davam etdirəcəklərini vurğulayır.

Qeyd edək ki, Ermənistan Milli Məclisi ölkədəki hərbi vəziyyətin ləğvi məsələsini müzakirə etməyə başlayıb. Bu təşəbbüs iki müxalifət qrupu - "Çiçəklənən Ermənistan" və "Maariflənmiş Ermənistan" partiyası tərəfindən irəli sürülüb.

Ermənistanda hərbi vəziyyət sentyabrın 27-də Qarabağda hərbi əməliyyatların başlaması ilə tətbiq edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm