Paşinyan bir saatda iki dəfə Putinə zəng etdi
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan bir saatda iki dəfə Putinə zəng etdi

Ermənistan baş naziri Nikol Paşinyan bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Publika.az xəbər verir ki, o, bununla bağlı “Facebook” hesabında məlumat verib.

Bildirib ki, danışıqlar zamanı Laçın dəhlizinin yaşayış məntəqələri, itkin düşmüşlər, axtarış əməliyyatları, əsirlərin və həlak olanların dəyişdirilməsi, sülhməramlıların yerləşdirilməsi, həmçinin regionun nəqliyyat kommunikasiyalarının açılması kimi məsələlər müzakirə edilib.

Paşinyan əlavə edib ki, bu kimi müzakirələr bəzən gündə bir neçə dəfə baş tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm