Erməni ordusunun məğlubiyyətini haqq adlandıran biznesmen nazir oldu
Bizi izləyin

Cənubi Qafqaz

Erməni ordusunun məğlubiyyətini haqq adlandıran biznesmen nazir oldu

Ermənistanın ən böyük qida karqosu şəbəkəsi olan “Menu.am”ın direktoru Vahan Kerobyan iqtisadiyyat naziri təyin olunub.

Publika.az xəbər verir ki, təyinat Ermənistanın baş naziri Nikol Paşinyanın təklifi ilə həyata keçirilib, müvafiq fərmanı isə prezident Armen Sarkisyan imzalayıb.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, təyinat haqqında sərəncam Ermənistan Konstitusiyasının 131-ci maddəsi və "Hökumətin strukturu və fəaliyyəti haqqında" Qanunun 5-ci maddəsinin 1-ci hissəsi əsasında imzalanıb.

Beləliklə, Vahan Kerobyan 24 noyabrda bu vəzifədən istefa məktubu yazan Tiqran Xaçatryanı əvəz edib.

Qeyd edək ki, Vahan Kerobyan qısa müddət əvvəl erməni ordusunun zəifliyindən danışaraq Azərbaycan ordusu qarşısında məğlubiyyətin haqq olduğunu bəyan etmişdi: “Bizə nağıl danışırdılar. Deyirdilər ki, biz güclüyük. Biz səhvən hesab edirdik ki, ordumuz çox güclüdür, istədiyimiz hər şeyi edə bilərdik. Amma, əslində, cəmiyyətdə heç kim real vəziyyəti bilmirdi. İndi biz layiq olduğumuz nəticəni almışıq”.

Asif, Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm