Paşinyana ŞOK ZƏRBƏ
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyana ŞOK ZƏRBƏ

Mesrop Papikyan İrəvan Ağsaqqallar Şurasından və Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasından istefa verib.

Publika.az bu barədə “Sputnik Ermənistan”a istinadən bildirir.

Sosial şəbəkə hesabından qərarını açıqlayan M.Papikyan parlamentdəki “Mənim addımım” fraksiyasında boşalan bir deputat mandatından da imtina edib: "Bu gün Mərkəzi Seçki Komissiyası mənə məlumat verdi ki, siyahıya görə parlamentin "Mənim addımım" fraksiyasının mandatını alacağam. Lakin mən bundan imtina etmək üçün ərizə verdim, İrəvan Ağsaqqallar Şurasına üzv olmaqdan imtina etdim və partiyadan çıxmağı qərara aldım”.

Месроп Папикян

O bildirib ki, 30 ildir Ermənistanda yalan planlarla hərəkət edirlər: “Hökumət, müxalifət, hakimiyyət dəyişikliyi, inqilab və s. Yeganə gündəmimiz suveren, qüdrətli bir dövlətin yaradılması olmalıdır və bunun üçün dərin, əsaslı dəyişikliklər etməliyik. İndiki partiya-siyasi sistemində belə dəyişikliklərə nail olmaq mümkün deyil”.

Qeyd edək ki, Papikyan 2016-cı ildə Vətəndaş Müqaviləsi Partiyasının üzvü olub. 2018-ci ilin sentyabrında İrəvan Ağsaqqallar Şurasına "Mənim addımım" partiyalar blokunun siyahısından daxil olub.

Mesrop Papikyan 2019-cu ilə qədər baş nazirin müşaviri vəzifəsində çalışıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm