Paşinyan Moskvaya gedir - ƏMR VERİLDİ
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Moskvaya gedir - ƏMR VERİLDİ

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinə hazırlıq gedir.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Bildirilib ki, Ermənistan hökuməti Aparatı protokol şöbəsinin rəisi Eduard Arutyunyan baş nazirin Rusiyaya səfərini hazırlamaq üçün noyabrın 30-dan dekabrın 4-dək Moskvada səfərdə olacaq.

Qeyd edilib ki, E.Arutyunyanın Moskvaya ezamiyyəti barədə əmr hökumətin saytında dərc olunub.

Ermənistanın digər media orqanları da Paşinyanın dekabrın 4-də Moskvaya gedəcəyi ilə bağlı məlumat yayıblar.

Baş nazirin mətbuat xidməti isə hökumət başçısının səfərlərinə dair məlumatların lazımi vaxtda dərc ediləcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm