Ermənistanda bu ərazilərin sakinləri hökumətə qarşı BAŞ QALDIRIR - Təcili açıqlama verilməsə...
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda bu ərazilərin sakinləri hökumətə qarşı BAŞ QALDIRIR - Təcili açıqlama verilməsə...

Ermənistanda sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli şəxslərdən ətraflı açıqlamalar tələb olunur.

Publika.az xəbər verir ki, xüsusilə, Azərbaycanla sərhəd zonasında yerləşən kəndlərin sakinləri qeyri-müəyyən vəziyyət içində qalıb.

Buna görə də Ermənistan hakimiyyətindən ictimaiyyətə Ermənistan-Azərbaycan sərhədlərinin necə təyin olunacağı barədə ətraflı izahat tələb olunur.

Ermənistanın obudsmanı Arman Tatoyan bildirib ki, xalq arasında yaranan narazılığı aradan qaldırmaq və ölkənin təhlükəsizliyi təmin etmək üçün hökumət bu barədə açıqlamalar verməyə borcludur.

O, hökuməti sərhəd kəndlərinin sakinlərini qeyri-müəyyənlik və davamlı gərginlik içində saxlamaq, həyəcanverici bir vəziyyət yaratmaqda günahlandırır.

Qeyd edək ki, Azərbaycan və Ermənistanın Birləşmiş Millətlər Təşkilatı çərçivəsində beynəlxalq səviyyədə tanınan sərhədləri mövcuddur və toxunulmazdır. Dağlıq Qarabağın işğalından sonra Ermənistan 1994-cü ildə sərhədlərinin dəyişdiyini iddia etsə də, heç bir ölkə və qurum tərəfindən qəbul olunmayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm