Qarabağ ermənisi İrəvanda BİR OYUN ÇIXARTDI Kİ... - İşə polis qarışdı
Bizi izləyin

Cənubi Qafqaz

Qarabağ ermənisi İrəvanda BİR OYUN ÇIXARTDI Kİ... - İşə polis qarışdı

Azərbaycanın işğal olunmuş ərazilərindən çıxan və Ermənistana qayıdan ermənilər yerlilərin (hərgah, İrəvandakı ermənilər də yerli sayıla bilməz – red.) başağrısına çevriliblər.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan vətəndaşı olan Anait Ovsepyan sosial şəbəkə hesabında paylaşım edib.

Ovsepyanın sözlərinə görə, o, müharibə dövründə Qarabağ ərazisdindən köçən erməni ailəsini öz evində qəbul edib:

“Bir ananı və onun qızını qonaq kimi evimdə məskunlaşdırdım. İki həftədən sonra Ermənistan hökuməti onlara İrəvanın ətraf bölgəsində ərazi ayırdı. Bizə təşəkkür edib, mənzilimizdən çıxmaq əvəzinə, onlar evimizə daha dörd qohumunu çağırdılar. Mənə elə gəldi ki, onlar evimi otelə çeviriblər. Qonaqlığın uzun sürdüyünü deyəndə onlar mənim “türklər kimi davrandığımı” dilə gətirib, təhqirlər edirdilər. Sanki bu ailəni öz evindən çıxarmaq istəyirdim!

Polis çağırmağa məcbur oldum. Polis gəldi və bu anormal ailə “bizi qoruya bilmədiniz”, “qorxaqsınız” deyərək, onları da təhqir etməyə başladı. Bir saat sonra polis onları mənim mənzilimdən qovmağa müvəffəq oldu. O gündən mən Qarabağ ermənilərinə nifrət edirəm. Hara gedirlərsə getsinlər, təki bizdən uzaq olsunlar", - o yazıb.

Vaxtılə azərbaycanlılar da ermənilərə Qarabağda sığınacaq vermişdi, onlara öz vətəninin ən gözəl yerlərini ayırmışdılar. Buna cavab olaraq isə ermənilər mədəni irs abidələrimizi özünküləşdirərək, Qarabağın onların torpağı olduğunu iddia etməyə başladılar.

Erməni hər yerdə ermənidir – qonaq getdiyi evi bir gün sonra əbəc-əjdadlarının “kupçalı” yurdu sayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm