Ermənistanda ETİRAZ DALĞASI baş qaldırdı: Putinə MÜRACİƏT
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda ETİRAZ DALĞASI baş qaldırdı: Putinə MÜRACİƏT

Qarabağ müharibəsində itkin düşmüş erməni hərbi qulluqçuların valideynləri Rusiya Prezidenti Vladimir Putindən kömək istəyir.

Publika.az xəbər verir ki, onlar 1 aydan çoxdur yaxınlarından xəbər ala bilmədiklərini, tapılması üçün Ermənistan hökumətinin heç bir səy göstərmədiyini bildirir.

İtkin düşən hərbçilərin valideynləri Qırmızı Xaç, İran və Rusiya səfirliyinə müraciət edərək övladlarına kömək etmələrini xahiş ediblər.

İtkinlərin yaxınları son günlərdə hökumət və Ermənistan Müdafiə Nazirliyinin binası yaxınlarında aksiyalar keçirir.

Bu gün isə Üçmüədzində hərbçilərin qohumları şəhərdəki bir hərbi hissənin qarşısında Ermənistan hərbi-siyasi rəhbərliyindən əsirləri geri qaytarmaq və itkin düşənləri tapmaq tələbi ilə etiraz aksiyası keçirir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm