Qevorkyan da Paşinyandan üz döndərdi - Bundan sonra...
Bizi izləyin

Cənubi Qafqaz

Qevorkyan da Paşinyandan üz döndərdi - Bundan sonra...

Ermənistan parlamentinin deputatı Qor Qevorkyan "Mənim addımım" fraksiyasından ayrılmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə Qevorkyan özünün Feysbuk səhifəsində yazıb.

"Müəyyən reallıqlardan, dövlətimizin üzləşdiyi bir sıra əsas məsələlərdəki fikir ayrılıqlarından irəli gələrək "Mənim addımım" fraksiyasını tərk etmək qərarına gəldim", - o qeyd edib.

Депутат Гор Геворкян на конференции памяти Евгения Примакова (1 ноября 2019). Еревaн

Millət vəkili bildirib ki, parlamentdə müstəqil deputat olaraq çalışmağa davam edəcək.

Qevorkyana görə, onun prioriteti daxili siyasi sabitlik, milli həmrəylik və birlikdir. O, əmindir ki, Ermənistanın üzləşdiyi problemlərin konstitusiya yolu ilə həlli yalnız ümummilli konsolidasiya, daxili siyasi sabitlik və konstitusiyaya qeyd-şərtsiz əməl olunmaqla əldə edilə bilər.

Qeyd edək ki. Qevorkyan 9 dekabr 2018-ci il tarixində "Mənim addımım" partiyalar blokundan deputat seçilib. O, Qarabağ müharibəsindən sonra bloku tərk edən millət vəkili deyil.

Xatırladaq ki, bloka baş nazir Nikol Paşinyan rəhbərlik edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm