• USD 1,7000 0,00% EUR 2,0695 0,00%
    • GBP 2,3318 0,00% RUB 0,0230 0,00%

Ermənilər Putindən sonra ABŞ-a üz tutdu

Ermənilər Putindən sonra ABŞ-a üz tutdu

Qarabağ döyüşlərindən sonra hərtərəfli çöküşə məruz qalan Ermənistan beynəlxalq yardıma möhtac qalmaqda davam edir.

Publika.az xəbər verir ki, əsir və itkin düşmüş erməni hərbçilərinin yaxınları məsələnin həlli üçün indi də ABŞ-a yalvarmağa başlayıb.

Erməni ziyalılarının nümayəndələri ABŞ-ın Ermənistandakı səfirliyinə məktub ünvanlayıb.

"Məktubu verilən ABŞ-ın Ermənistandakı səfirliyinin diplomatik korpusunun nümayəndələri ilə görüşdük. Onlar məktubu səfirə verəcəklərinə söz verdilər. Cavab gözləyirik. Səfirin mesajın məzmunu ilə tanış olduqdan sonra bizə cavab göndərəcəklərini söylədilər", - səfirliyin qarşısında keçirilən aksiyaya toplaşanlardan biri deyib.

Qeyd edək ki, döyüşlərdə itkin düşən əsgərlərin yaxınları daha əvvəl Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlamışdı.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR