Ermənistanda dəhşətli hadisə - Cəsədi 30 metr kənarda tapdılar
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda dəhşətli hadisə - Cəsədi 30 metr kənarda tapdılar

Ermənistanın Araqatsotn bölgəsindəki Aştarak-Ağarak magistral yolunda ölümlə nəticələnən dəhşətli qəza baş verib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb.

Qəza barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə dekabrın 1-i axşam saatlarında daxil olub. Hadisə yerinə regional xilasetmə şöbəsinin heyəti gəlib.

Məlum olub ki, “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə yuvarlanıb. 26 yaşlı Hayk G. adlı sürücünün cəsədi avtomobildən 30 metr aralıda tapılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm