Gürcüstanda parlament seçkilərinin rəsmi nəticələri AÇIQLANDI
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda parlament seçkilərinin rəsmi nəticələri AÇIQLANDI

Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyası ölkədə 31 oktyabr və 21 noyabr tarixlərində iki turda keçirilən parlament seçkilərində qalib gəlib.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK-nın nəticələrinə əsasən, partiyanı 48.22 faiz seçici dəstəkləyib. Hakim partiya 60 mandat əldə edib. Partiyanın 90 deputat yeri olacaq, çünki “Gürcü arzusu” həmçinin bütün 30 birmandatlı dairələrdə də qalib gəlib.

Qeyd edək ki, Gürcüstan parlamentində 150 deputat təmsil olunur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm