
Ermənistanın paytaxtı İrəvanda hökumət binası qarşısına nəhəng formalı dərman həbi gətirilib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının gənclər qanadının sədri Hayk Mamidjanyan bildirib.
Qeyd edilib ki, aktivistlər nəhəng bir köpük həbini sürüyərək hökumət binasının əsas girişinə gətirib. Onlar həbin baş nazir Nikol Paşinyan üçün nəzərdə tutulduğunu deyib.
Mamidjanyan feysbuk hesabında “hökumət binasına həb gətirdik. Bizi polis idarəsinə aparırlar. Şəxsin dərmanlarını qəbul etməsini istəmirlər”, yazıb.
Zümrüd