Ermənistan əhalisinin sayı azalmaqda davam edir
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan əhalisinin sayı azalmaqda davam edir

2020-ci ilin 1 yanvarına olan məlumata əsasən Ermənistanın daimi əhalisinin sayı 2 milyon 959,7 min nəfər təşkil edib.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Milli Statistika Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, 2019-cu ilin əvvəli ilə müqayisədə ölkə əhalisinin sayı 5.6 min nəfər azalıb.

Ölkə əhalisinin 47.2 faizini kişilər, 52.8 faizini isə qadınlar təşkil edib. Ermənistanda orta yaş həddi 36.9-dur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm