Ayvazyan Moskvadan sonra Parisə gedir
Bizi izləyin

Cənubi Qafqaz

Ayvazyan Moskvadan sonra Parisə gedir

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Fransaya səfər edəcək.

Publika.a xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, 8-9 dekabr tarixlərində Ara Ayvazyanın Fransaya səfəri baş tutacaq. O, səfər zamanı fransız həmkarı Jan-İv Lö Drianla görüşəcək.

Xatırladaq ki, 6-7 dekabrda Ayvazyan Moskvada səfərdə olub, orada Rusiya xarici işlər naziri Sergey Lavrov və KTMT-nin Baş katibi Stanislav Zas ilə danışıqlar aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm