
Son 24 saat ərzində Ermənistandda onlarla polis məmuru işdən çıxmaq üçün ərizə yazıb.
Publika.az yerli mətbuata istinadla xəbər verir ki, onlardan bəziləri -Van Qriqoryan, Seroj Qaribyan, Vanik Paruyryan, Derenik Uzumyan hərbçi yoldaşlarına sosial şəbəkədə müraciət edərək onları da istefaya səsləyiblər:
"Bu azğın, cahil, xain hakimiyyətə xidmət etməməyə çağırırıq"
Daha əvvəl 100 polis məmuru sistemi tərk etdiklərini bəyan etmişdilər.