• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

İrəvan DƏHŞƏT İÇİNDƏ: yolları bağlayan etirazçılar Müdafiə Nazirliyinə doğru gedir

İrəvan DƏHŞƏT İÇİNDƏ: yolları bağlayan etirazçılar Müdafiə Nazirliyinə doğru gedir

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən hökumət əleyhinə mitinqlərin iştirakçıları Müdafiə Nazirliyinin binasına aparan yolu bağlayıb.

Publika.az xəbər verir ki, nümayişçilər hökumət əleyhinə mitinqlər çərçivəsində nəqliyyatın hərəkətinə mane olan başqa bir hissəni bloklayıb.

"Nikol xaindir" şüarları ilə onlarla vətəndaş Moldovakan və Totovents küçələrinin kəsişməsində nəqliyyatın hərəkətinə mane olub.

Buraya əhəmiyyətli miqdarda polis qüvvələri də cəlb edilib. Hüquq-mühafizə orqanları nümayişçiləri yol qovşağından geri çəkməyi bacarıb.

Xatırladaq ki, 16 müxalifət qüvvəsi 1 aydır Paşinyanın getməsini tələb edən mitinqlər keçirir. Onu Qarabağdakı erməni maraqlarına xəyanət etməkdə günahlandırırlar. İctimai Şuranın keçmiş rəhbəri, müstəqil Ermənistanın ilk baş naziri Vazgen Manukyan baş nazir vəzifəsinə müxalifətin vahid namizədi kimi irəli sürülüb.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR