Gürcüstan parlamentinə yeni SƏDR SEÇİLDİ - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan parlamentinə yeni SƏDR SEÇİLDİ - FOTO

Gürcüstan parlamentinin yeni sədri seçilib.

Publika.az xəbər verir ki, X çağırış yeni parlamentin ilk iclasında bir sıra təşkilati məsələlərə baxılıb, deputat Arçil Talakvadze parlamentin sədri seçilib.

Onun namizədliyini 86 deputat dəstəkləyib.

Parlament sədrinin birinci müavini vəzifəsinə (birinci vitse-spiker) Gia Volski, qanunverici orqanın sədr müavinləri vəzifələrinə isə Kaxa Kuçava və David Sergeyenko seçiliblər.

Parlamentdə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası çoxluq fraksiyası yaradıb. 90 üzvü olan fraksiyaya Mamuka Mdinaradze rəhbərlik edəcək.

Məlumat üçün qeyd edək ki, 37 yaşlı A.Talakvadze hakim Gürcü Arzusu Partiyasının seçki siyahısında II yerdə olub. O, 2019-cu ilin iyunundan bu ilin oktyabrın 1-dək spiker vəzifəsini tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm