Paşinyanın ŞOK PLANI İFŞA OLUNDU: ordunu paytaxta yeritmək istəyir, amma...
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın ŞOK PLANI İFŞA OLUNDU: ordunu paytaxta yeritmək istəyir, amma...

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan baş nazir Nikol Paşinyanın əmrinə tabe olmayıb.

Publika.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti Müdafiə Nazirliyindəki etibarlı mənbəsinə istinadən yazıb.

Bildirilib ki, bir neçə gün əvvəl Nikol Paşinyan baş qərargah rəisi Onik Qasparyanla əlaqə saxlayaraq ordunun xəbərdar edilməli və əmri ilə şəhərə göndərilməli olduğunu söyləyib. Onik Qasparyan baş nazirə “niyə” sualını verib. Paşinyan isə cavab verib ki, xüsusi təyinatlı obyektlərin qorunması üçün lazımdır.

O.Qasparyan baş qərargah rəisi olduğu müddətdə qoşunların daxili siyasi proseslərə qarışmayacağını və şəhərə gətirilməyəcəyini bildirdib. Söhbət burada bitib. Bundan sonra Qasparyan müdafiə naziri Vaqarşak Arutyunyanla əlaqə qurub və söhbət barədə danışıb. Deyib ki, baş nazir eyni mövzuda ona müraciət edirsə, o da eyni cavabı versin.

Müdafiə naziri baş nazirlə danışacağına söz verib. Bir müddət sonra V.Arutyunyan Qasparyanla əlaqə saxlayaraq deyib ki, hüquqi baxımdan haqlıdır, amma belə bir əmr verilsə, itaət edib ordunu geri çəkməlidirlər. Qasparyan isə mövqeyini təkrarlayıb: mən baş qərargah rəisi vəzifəsini tutan müddət ərzində ordunun şəhərə gətirilməsi baş tutmayacaq.

Bundan sonra bir daha qoşunları mitinqlərin dağıdılması prosesinə cəlb etməyə çalışıb. Onik Qasparyana orduya məxsus “Ural” maşınlarını şəhərə gətirmələri, küçələrin maşınlarla bağlanması təqdirində onların köməyi ilə açmaları tələb olunub, lakin o, yenidən daxili siyasi proseslərin iştirakçısına çevrilməyəcəyini və ordunu səlahiyyətlilərin əlində bir silah halına gətirməcəyini bildirib”, - qəzet yazıb.

Qeyd edək ki, 17 müxalifət partiyası 10 noyabrda Qarabağla bağlı kapitulyasiya bəyanatının imzalanmasından sonra baş nazirin istefası tələbi ilə paytaxt İrəvan və digər şəhərlərdə etiraz aksiyaları keçirir. Bu aksiyalar bəzən hökumətə itaətsizlik kampaniyalarına çevrilir və yollar bağlanaraq nəqliyyatın hərəkəti iflic edilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm