Arutyunyandan döyüşlərlə bağlı ŞOK ETİRAFLAR: səlahiyyət məndə deyildi...
Bizi izləyin

Cənubi Qafqaz

Arutyunyandan döyüşlərlə bağlı ŞOK ETİRAFLAR: səlahiyyət məndə deyildi...

“Səlahiyyətlərim ordunu idarə etməkdə məhdud idi”.

Publika.az xəbər verir ki, bu sözləri Dağlıq Qarabağda keçmiş qondarma rejimin başçısı Araik Arutyunyan deyib.

O bildirib ki, “Artsax” “respublikası”nın konstitusiyası çərçivəsində bu vəziyyətdən cavabdeh olan odur: “Ancaq suverenliyin, müstəqilliyin, ərazi bütövlüyünün və təhlükəsizliyin qarantı olsam da, bu dörd dəyərin təmin edilməsi üçün kifayət qədər həcmdə lazımi daxili və xarici qollara sahib deyildim. Əgər respublika prezidenti ali baş komandandırsa, onda Qarabağ “müdafiə ordusu” haradan idarə edilməli, həmçinin səlahiyyətləri kimə aid olmalıdır?”.

A.Arutyunyan daxili siyasi qeyri-sabitliyin qarşısını almaq üçün Dağlıq Qarabağ “prezidenti” vəzifəsindən istefa etmədiyini vurğulayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm