Korotçenko: "İrəvan bunu etməsə, FƏLAKƏT OLACAQ..."
Bizi izləyin

Cənubi Qafqaz

Korotçenko: "İrəvan bunu etməsə, FƏLAKƏT OLACAQ..."

Erməni cəmiyyəti intiqam alma cəhdlərini əbədi unutmalı və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkənin yaradıcı inkişafına diqqət yetirərək, Qaregin Njdenin millətçi ideologiyasından imtina etməlidir.

Publika.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko öz "Telegram" kanalında yazıb.

O qeyd edib ki, Ermənistanın başqa əraziləri yoxdur və heç vaxt da olmayacaq:

"Ermənistanın Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinə, regional iqtisadi layihələrə daxil edilməsinə ehtiyacı var. Yalnız sülh Ermənistana inkişaf şansı verəcək, yeni müharibə xəyalları isə onu geosiyasi fəlakətə sürükləyəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm