Paşinyan Gorusun bələdiyyə sədrini qaçırdı - Ermənistanda həyəcan təbili çalınır
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Gorusun bələdiyyə sədrini qaçırdı - Ermənistanda həyəcan təbili çalınır

Gorus bələdiyyəsinin sədri Aruş Aruşanyan qaçırılıb.

Publika.az xəbər verir ki, bu barədə onun müavini İrina Yolyan bildirib.

Onun sözlərinə görə, sədr dünən gecə saxlanılıb. İndiyə qədər istintaq komitəsi onun konkret nədə ittiham olunduğunu və harada saxlanıldığını açıqlamayıb. Vəkilləri Karapetyan və Armen Melkonyan da işlərini icra edə bilmirlər. Polis və istintaq komitəsi vəkillərə belə məlumat açıqlamır.

Qeyd edək ki, 20 dekabrda Gorus bələdiyyə başçısı Aruş Aruşanyan Sünik sakinlərini baş nazir Nikol Paşinyanın bölgəyə girişinə icazə verməməyə çağırmışdı. O, 21 dekabr gecəsi həbs olunub. Daha sonra istintaq komitəsi onun barəsində bir neçə məhkəmə prosesi başladıldığını açıqlayıb. Lakin komitə onun tutulma səbəblərini, habelə məhkəmə prosesinin başladıldığı maddələri təqdim etməyib.

Ehtimal olunur ki, A.Aruşanyan bölgəyə səfər edən baş nazir Nikol Paşinyanın təlimatı əsasında saxlanılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm