Ordusunun 80 faizi yox olan Ermənistan əsgərlərinin sayını artırmaq üçün GÖRÜN NƏ EDƏCƏK - ŞOK ADDIM
Bizi izləyin

Cənubi Qafqaz

Ordusunun 80 faizi yox olan Ermənistan əsgərlərinin sayını artırmaq üçün GÖRÜN NƏ EDƏCƏK - ŞOK ADDIM

Ermənistan hökuməti dekabrın 24-də keçiriləcək iclasda qış mövsümü üçün hərbi xidmətə çağırış və tərxis elan edilməsi məsələsinə baxacaq.

Publika.az xəbər verir ki, bu il qış mövsümü üçün Ermənistanda 2 dəfə hərbi xidmətə çağırış və tərxis elanı planlaşdırılır.

Buna səbəb 44 günlük müharibədə ordusunun canlı qüvvəsinin sıradan çıxmasıdır: 10 minə qədər ölü, bunun iki qatı qədər yaralı, 3 minə qədər itkin var. Xarici ekspertlər isə Ermənistanın itkilərinin 25-30 min arası olduğunu qeyd edirlər.

Görünür, Ermənistanda sərhədlərin qorunması və digər qoşun növlərində xidmət aparacaq əsgər yoxdur. Buna görə də 2 dəfə hərbi xidmətə çağırış planlaşdırılıb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ildə 2 dəfə - qışda və yayda hərbi xidmətə çağırış və tərxis elan edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm