Saakaşvili Gürcüstana yeni seçki modeli gətirdi
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvili Gürcüstana yeni seçki modeli gətirdi

"Vahid Milli Hərəkat" partiyasının qurucusu, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili, "VMH"-nın baş tutan yeni rəhbər seçkiləri barədə danışıb.

Publika.az "24News"ə istinadla xəbər verir ki, bu barədə Saakaşvili öz şəxsi "Facebook" hesabında paylaşım edib.

Onun sözlərinə görə, hazırkı hakimiyyət dəyişdikdən sonra, ölkədə bir çox qərarlar elektron qaydada veriləcək:

"Partiyamızın önəmli lideri Nika Melianı elektron səsvermə yolu ilə Vahid Milli Hərəkatın rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbrik edirəm. Yaxın zamanlarda İvanişvili rejimi dəyişəndən sonra, biz bütün qərarların geniş demokratiya bazası əsasında elektron səsvermə yolu ilə qəbul edilməsi barədə təşəbbüs irəli sürəcəyik.

Mən qeyd etmək istəyirəm ki, Nika Meliya ilə liderlik uğurunda mübarizə aparan Levan Varşalomidze, mənim köhnə dostum və mübarizə yoldaşım olaraq qalmaqdadır və o çox önəmli bir sima olacaq. Levana bu seçkiləri dəyərli şəkildə keçirdiyi və birlik ifadə etdiyi üçün çox təşəkkür edirəm.

Xatırladaq ki, "Vahid Milli Hərakat" partiyasının yeni lideri Nika Meliya, facebook sosial şəbəkəsində təşkil edilən elektron səsvermə yolu ilə seçilib. Səsvermə iki namizəd: Nika Melia və Levan Varşalomidze arasında baş tutub.

20 779 nəfərin iştirak etdiyi səsvermədə 64,9% səs toplayan Nika Melia "VMH" partiyasının rəhbəri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm