Bir güllə qonşuları əbədi AYIRDI
Bizi izləyin

Cənubi Qafqaz

Bir güllə qonşuları əbədi AYIRDI

Hüquq-mühafizə orqanları İmeretidə qəsdən adam öldürmə faktı aşkarlayıb.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

"İstintaq bu il dekabrın 26-da, Samtredia Bələdiyyəsinin Kormağala kəndində, mübahisə zamanı qonşunun öz həyətindəki qonşusuna - 1967-ci il təvəllüdlü K.N-ya ov tüfəngi ilə ölümcül xəsarət yetirdiyini və gizləndiyini aşkar etdi. Kişi xəstəxanaya aparılan kimi öldü",- deyə Daxili İşlər Nazirliyi bildirib.

Saxlanılan şəxs 1990-cı il təvəllüdlüdür. Təqsirli bilinərsə, onu 7 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm