Şirinyan cinayət işinə cəlb edildi
Bizi izləyin

Cənubi Qafqaz

Şirinyan cinayət işinə cəlb edildi

Ermənistanın İstintaq Komitəsi keçmiş polkovnik Sayat Şirinyan barədə cinayət işi açıb.

Publika.az xəbər verir ki, o, açıq şəkildə zorakılığa çağırış etməkdə günahlandırılır.

Qeyd edək ki, dekabrın əvvəlində Şirinyan feysbuk sosial şəbəkəsində Susanna Avşaryan adlı istifadəçiyə müraciətlə “münaqişənin qan tökülmədən başa çatmasının mümkünsüz olduğu onsuz da aydındır” sözlərini yazmışdı.

Xatırladaq ki, bundan əvvəl Ermənistan ordusunun polkovnik-leytenantı A.V. 18 əsgəri bilərək ölümə göndərdiyinə görə barəsində cinayət işi açılmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm