Ermənistanda yük maşınlarının hərəkətinə qadağa qoyuldu – SƏBƏB
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda yük maşınlarının hərəkətinə qadağa qoyuldu – SƏBƏB

Ermənistanda güclü qar yağmasından sonra yolların buz bağlaması ilə əlaqədar olaraq sərt keçid və döngəli yollarda yük maşınlarının hərəkətinə qadağa qoyulub.

Publika az xəbər verir ki, bu barədə işğalçı ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkənin dağlıq əraziləri və kurort mərkəzlərinə gedən əsas yollarda hərəkət də məhdudlaşdırılıb. Minik avtomobillərinin hərəkəti isə vacib hallarda təmin edilir.

Qeyd edilir ki, təhlükəsizlik səbəbi ilə Gürcüstan istiqamətində də yollar bağlı olaraq qalır. Gürcüstanla avtomobil yolunun nə zaman açılacağı ilə bağlı məlumat verilmir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm