Ermənistanda ETİRAZ DALĞASI: hərbçilər İrəvan yolunda necə yox olur?
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda ETİRAZ DALĞASI: hərbçilər İrəvan yolunda necə yox olur?

Qarabağ münaqişəsi zonasında itkin düşən əsgərlərin ailə və qohumları yenidən Ermənistan hökumətinin binası qarşısında toplaşıb.

Publika.az xəbər verir ki, etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək istəyir.

Həmçinin, itkin düşən hərbçilərin problemləri ilə bağlı səlahiyyətlilərdən açıqlama tələb olunur. Müharibə başlayarkən cəmi 2 ay orduda xidmət etmiş və Füzuli istiqamətində məhv edilən əkiz qardaşlar Stepan və Civan Mikaelyanın qohumları bildirir ki, onların cəsədi haqqında heç bir məlumat yoxdur.

“Stepan 14 oktyabrda yaralandı, oktyabrın 15-də xəstəxanaya aparıldı. Ancaq Civan haqqında məlumat yoxdur. Qardaşı ilə birlikdə ölənlərin siyahısında idi. Amma Civan öldüsə, cəsədi haradadır?”, - babası soruşur.

Başqa bir etirazçı jurnalistlərə bildirib ki, bir qrup yaralı hərbçi İrəvana aparılarkən yoxa çıxıb. Onun sözlərinə görə, Ermənistanın naş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə bu məsələ ilə məşğul olmağı əmr edib: “Bir həftə keçdi və onlar haqqında məlumat yoxdur. Telefon oğurlasanız, bir saat içində sizi tapacaqlar, amma əsgərlər yoxa çıxır və onlar haqqında heç bir məlumat olmur”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm