Nikolun Rusiya səfəri erməniləri QORXUYA SALIB: Əgər Moskvaya gedərsə...
Bizi izləyin

Cənubi Qafqaz

Nikolun Rusiya səfəri erməniləri QORXUYA SALIB: Əgər Moskvaya gedərsə...

"Ayağa qalxın, insanlar. Nikol Paşinyanı Moskvaya getməyə qoymayın. Nikol 11 yanvarda Ermənistanı tərk etməməlidir".

Publika.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.

Keçmiş baş nazir əlavə edib ki, 11 yanvarda Nikol Paşinyan Moskvada erməni yaşayış yerlərinin Azərbaycana təhvil verilməsini davam etdirərək yeni bir müqavilə imzalayacaq: “Həmin müqavilədə Azərbaycan hərbçilərinin Mehridən Naxçıvana gedən nəqliyyat marşrutuna nəzarət edəcəyi də nəzərdə tutulur. Ermənistanın ən böyük yalançısı Nikol Paşinyan Moskva səfərinin əsas məqsədini əsirlərin qaytarılması ilə əlaqələndirdi. Bu, ağ yalandır. Ayağa durun, deyin ki, bəsdir, sən nə edirsən?! Nikol 11 yanvarda Ermənistanı tərk edə bilməməlidir. Əgər o, Moskvaya gedərsə, oradan yeni biabırçılıqlarla qayıdacaq”.

Qeyd edək ki, Ermənistanın baş nazirinin 11 yanvarda Moskvaya səfəri gözlənilir. Səfər zamanı bir neçə dövlətlərarası sənədin imzalanacağı ilə bağlı Ermənistan mediası xəbərlər tirajlayır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm