Paşinyan Moskvaya yola düşdü, amma geri qayıtsa... - Müxalifət təhdid edir - (YENİLƏNDİ)
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Moskvaya yola düşdü, amma geri qayıtsa... - Müxalifət təhdid edir - (YENİLƏNDİ)

Ermənistanın baş naziri Nikol Paşinyan “Zvartnoç” hava limanına çataraq Moskvaya getməyi bacarıb.

Publika.az xəbər verir ki, müxalifətçilər hava limanına gedən yolda etiraz aksiyasını başa çatdırıb.

Etirazçılardan biri jurnalistlərə açıqlamasında bildirib ki, baş nazir Moskvada hər hansı bir sənəd imzalayarsa, Ermənistanın hava məkanı onun üçün bağlanacaq: “Nikol Paşinyan qanunsuz bir liderdir, Ermənistanı təmsil etmir və sabah imzaladığı sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”.

xxx

08:12

Ermənistan müxalifətinin bəzi fəalları bu gün baş nazir Nikol Paşinyanın Moksvaya səfərinə mane olmağa çalışacaq.

Publika.az xəbər verir ki, bu barədə “Vətən” Partiyasının üzvü Arsen Babayan özünün "Facebook" hesabında bildirib.

“Satqının (Nikol Paşinyanın-red) təyyarə ilə Moskvaya uçmasına yol verməmək üçün saat 8:00-da “Zvartnoç” hava limanının yaxınlığında olacam. Vətənimizin itirilməməsi üçün mənə qoşulun”, - Arsen Babayan sosial şəbəkədə yazıb.

O, qeyd edib ki, Nikol Paşinyanın Ermənistanın maraqlarına zidd olan istənilən qərarı erməni xalqı tərəfindən rədd ediləcək, ratifikasiya olunmayacaq və hakimiyyətin dəyişilməsindən sonra ləğv ediləcək.

“Bu görüşün nəticəsi 9 noyabr kapitulyasiyasının davamı ola bilər”, - deyə müxalifətçi bildirib. O, iddia edib ki, Paşinyan Ermənistanı təmsil etmir və baş nazirin buna səlahiyyəti yoxdur.

“Vətəndaşları ölkənin müdafiəsinə qalxmağa və satqınlığa yol verməməyə çağırıram. Faciəli prosesi dayandırmağın yeganə üsulu satqını hakimiyyətdən kənarlaşdırmaqdır və biz bu istiqamətdə var qüvvəmizlə çalışacağıq”, - o əlavə edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm