Cənubi Qafqaz
Gürcüstanda məktəblər bağlı qaldı
"Gürcüstanda yaxın günlərdə məktəblərin açılması barədə yayılan məlumatlar əsassızdır. Mövcud yoluxma sayı və vəziyyət bu barədə danışmağa imkan vermir".
Publika.az xəbər verir ki, bu sözləri Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə söyləyib.
“Uşaqları düzgün mühitdə böyütməyin və onlara təhsil verməyin vacibliyindən tez-tez danışırıq. Bununla bağlı Təhsil Nazirliyi ilə birgə işləyirik. Uşaqların sağlamlığı və təhlükəsizliyinin qorunmasının əsas məsələ olduğunu unutmamalıyıq. Buna görə də bəzi fikirlərimiz olsa da, bu mövzuda daha diqqətli davranırıq”, - deyə nazir bildirib.
Y.Tikaradze vurğulayıb ki, imkan olan kimi qısa müddətdə Təhsil Nazirliyi uşaqların təhlükəsiz şəkildə məktəblərə getməsi üçün hər cür şəraiti təmin edəcək.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!