Ermənistanda etirazlar səngimir: valideynlər Paşinyanı tələb edirlər
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda etirazlar səngimir: valideynlər Paşinyanı tələb edirlər

Ermənistan ordusunda məcburi hərbi xidmətə çağırılanların valideynləri İrəvanda aksiya keçirir.

Publika.az xəbər verir ki, hökumət binasının qarşısına toplaşanlar baş nazir Nikol Paşinyanla görüş tələb edir.

Etirazçılar hökumətdən təhlükəsizlik zəmanətləri istəyir. Onlar Ermənistan hakimiyyətinin hərəkətsizliyindən narazıdır: “Uşaqlarımız yaralanmağa və ölməyə davam edir. Paşinyan 25-30 min əsgərin xilas edilməsindən danışdı. Kimi və necə xilas etdiyini üzümüzə izah etsin”.

Valideynlər həmçinin döyüşlərdə iştirak edən əsgərlərin tərxis olunmasını tələb edir.

Hökumət bir qrup valideyni qəbul etməyə hazır olduğunu bildirib. Amma onların kiminlə dəqiq ünsiyyət quracağı açıqlanmayıb. Bir neçə nəfər binaya girib və hələ də oradadır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm