Məhv edilən erməni hərbçilərinin SAYI AÇIQLANDI
Bizi izləyin

Cənubi Qafqaz

Məhv edilən erməni hərbçilərinin SAYI AÇIQLANDI

Ermənistan hərbçilərinin bu ölkənin mülki şəxsləri ilə birlikdə bu gün Hadrut və Cəbrayıl rayonlarında itkin düşən şəxslərin axtarışlarının aparılması təxirə salınıb.

Publika.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, itkin erməni hərbçilər Hadrut və Cəbrayılda sabah axtarılacaq. Qeyd edilir ki, Qarabağda bu günə qədər aparılan axtarış işləri zamanı 1 230 erməni hərbçisinin və digərlərinin meyitləri tapılıb.

Qeyd edək ki, Ermənistanın Səhiyyə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olmuş şəxsərin sayının 3 300 nəfəri ötdüyünü açıqlayıb. Nazirliyin rəsmisi bildirib ki, artıq 3 000-dən çox meyitin ekspertizası aparılıb və onların DNT nümunələri götürülüb.

Qarabağ müharibəsində itkin düşmüş, həlak olmuş erməni əsgər və zabitlərin axtarışlarına hərbçilərlə yanaşı, mülki şəxslər – itkinlərin qohumları də cəlb edilib. Onlar yerli hakimiyyəti itkinlərin axtarış işlərini ləng aparmasında ittiham edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm