Ermənilər Qarabağa göndərilməmək üçün ayağa qalxdı - CANLI YAYIM (YENİLƏNDİ)
Bizi izləyin

Cənubi Qafqaz

Ermənilər Qarabağa göndərilməmək üçün ayağa qalxdı - CANLI YAYIM (YENİLƏNDİ)

Ermənistan ordusuna məcburi hərbi xidmətə çağırılanların valideynlərinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü baş tutub.

Publika.az xəbər verir ki, görüşdən çıxan valideynlərdən biri müzakirələrə rəğmən, problemlərinin həllini tapmadığını açıqlayıb.

Onun sözlərinə görə, problemlərə cavab almaq üçün yaxın vaxtlarda yenidən görüşmək üçün razılaşıblar: “Nəticə bizi qane etmir, çünki qaldırdığımız məsələlərin həlli barədə danışmaq hələ tezdir. Daha geniş problemlərdən danışdıq və növbəti dəfə baş nazirlə görüşdə bu barədə daha ətraflı danışa bilərik”.

Valideynlər övladlarının Qarabağda deyil, Ermənistan ərazisində xidmət etmələrini tələb edirlər.

***

12:55

Bir neçə gündür İrəvanda aksiya keçirən orduya məcburi hərbi xidmətə çağırılanların valideynləri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşür.

Publika.az xəbər verir ki, iclas hökumət binasında baş tutur.

Valideynlər övladlarının Ermənistan ərazisində xidmət etmələrini və Qarabağa göndərilməmələrini tələb edirlər.

Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl Qarabağ döyüşlərində həlak olan və itkin düşən hərbi qulluqçuların valideynləri ilə də görüşmüş, lakin valideynlər bu müzakirədən razı qalmadıqları üçün həftələrlə aksiyaları davam etdirmişdilər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm