Türkiyə-Azərbaycan ordusunun birgə hərəkətə keçməsi Ermənistanı QORXUYA SALDI: 1 fevralda...
Bizi izləyin

Cənubi Qafqaz

Türkiyə-Azərbaycan ordusunun birgə hərəkətə keçməsi Ermənistanı QORXUYA SALDI: 1 fevralda...

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Qarsda həyata keçirəcəyi genişmiqyaslı hərbi təlimlər Ermənistanda böyük qorxu və təşvişə səbəb olub.

Publika.az xəbər verir ki, təlimlər Ermənistanda xoşagəlməz xatirələr və bənzətmələr doğurur.

Ermənilər II Qarabağ müharibəsindən öncəki - iyul-avqust aylarında Azərbaycanda baş tutan hərbi təlimləri xatırlayır. Düşmən ölkə bölgədəki hərbi-siyasi vəziyyətin 2020-ci ilin yay-payızındakı vəziyyətdən çox fərqli və yeni bir gərginliyin baş vermə ehtimalının az olduğunu bilsə də, hərbi sahədə Türkiyə-Azərbaycan əməkdaşlığının möhkəmlənməsi Ermənistanı narahat etməyə bilməz.

Ermənistanı Azərbaycandan Qarsa yola düşən hərbi heyətin kəmiyyətindən çox keyfiyyəti maraqlandırır. Ona görə də Naxçıvandan az sayda yola düşən xüsusi təyinatlı qüvvələrin keyfiyyətlilik dərəcəsinin yoxlanılacağını ehtimal edirlər.

“Razm.info” hərbi portalının koordinatoru Karen Vrtanesyan bildirib ki, hər hansı bir təlim onu ​​həyata keçirən ordunu gücləndirir. Potensial düşməni dəf etmək üçün birgə texnika və üsullar işlənir, alt birləşmələrin koordinasiya məsələləri hazırlanır və s. Buna əsasən, Azərbaycan və Türkiyəni gücləndirməyə yönəlmiş hər hansı bir proses Ermənistanı narahat etməlidir. Onun fikrincə, 102-ci Rusiya bazasının Qarsa çox yaxın - sərhədin digər tərəfində yerləşməsi məsələni Rusiya tərəfi üçün də aktual edir.

Qeyd edək ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ötən il ölkəmizin bir neçə şəhərində "TurAz Qartalı 2020" hərbi təlimlərini həyata keçirmişdi.

Qarsdakı təlimlər isə 1-12 fevral tarixində baş tutacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm