• USD 1,7000 0,00% EUR 2,0215 +0,00%
    • GBP 2,3347 +0,29% RUB 0,0220 +0,45%

İrəvanda etiraz dalğası: polis mühasirəyə aldı

İrəvanda etiraz dalğası: polis mühasirəyə aldı

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.

Publika.az xəbər verir ki, onlarla etirazçı əllərində hökumət əleyhinə şüarlar yazılmış pankartlar tutub.

Konstitusiya quruluşunu devirməkdə günahlandırılan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın tərəfdarları cinayət işi üzrə məhkəmə iclasının keçiriləcəyi İrəvan Məhkəməsinin qarşısında toplaşıb.

Polis binanı mühasirəyə alıb.

Xatırladaq ki, 2018-ci ilin iyul ayında Robert Köçəryana qarşı Konstitusiya normalarının pozulmasına dair cinayət işi açılıb. Köçəryandan əlavə keçmiş müdafiə naziri Seyran Ohanyan (2008-ci ilin martında - Baş Qərargah rəisi), keçmiş KTMT Baş katibi Yuri Xaçaturov (2008-ci ilin martında - Silahlı Qüvvələrin İrəvan Qarnizonunun rəisi), habelə keçmiş baş nazirin müavini, o vaxt Təhlükəsizlik Şurasının katibi və Respublika Prezidentinin Aparat rəhbəri olan Armen Gevorkyan da istintaqa cəlb olunub.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR