Ermənistanda ŞOK CİNAYƏT: silah maqnatı nazirlik məmurları ilə birlikdə...
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda ŞOK CİNAYƏT: silah maqnatı nazirlik məmurları ilə birlikdə...

Ermənistan Milli Təhlükəsizlik Xidməti iş adamı David Qalstyana qarşı bir neçə cinayət işi açıb.

Publika.az xəbər verir ki, silah ticarəti sahəsində ixtisaslaşmış bir neçə firmanın sahibi olan D.Qalstyan Müdafiə Nazirliyinin bir qrup məmuru ilə birlikdə müdafiə satınalmaları üçün nəzərdə tutulan böyük miqyasda büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur.

MTX Qalstyanın ölkədən çıxmasına qadağa qoyulub-olunmadığına dair sualı cavablandırmayıb. Şöbə istintaqın gizliliyinə istinad edib.

Ümumilikdə, Müdafiə Nazirliyi və Baş Qərargah rəsmiləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, xidmətə laqeyd yanaşma və xüsusilə də böyük miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı 4 cinayət işi başlanıb.

Qeyd edək ki, D.Qalstyanın firmaları Ermənistan ordusunun əsas silah təchizatçılarından biridir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm