Paşinyanı parlamentdə biabır etdi
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanı parlamentdə biabır etdi

Ermənistanın baş naziri Nikol Paşinyan manipulyasiya baxımından misilsizdir.

Publika.az xəbər verir ki, bunu Çiçəklənən Ermənistan partiyasının millət vəkili İveta Tonoyan parlamentdəki brifinqində deyib.

Onun sözlərinə görə, Paşinyan 20 yanvarda millət vəkilləri ilə görüşdə heç bir suala cavab verməyib: “Dünən bunun bir daha şahidi olduq ki, Paşinyan manipulyativdir. Verdiyimiz konkret sualların heç birinə cavab alınmadı. Bunun əvəzinə baş nazir fərqli iş tərzi seçdi - hamıya və hər şeyə qarşı ittihamlar səsləndirdi”.

Millət vəkilinin qeyd etdiyi kimi, Paşinyan hər kəsi utancverici adlandırdığı 10 noyabr tarixində imzaladığı bəyanatla bağlı, sözün əsl mənasında, ittiham edib. O, müxalifəti insan itkisinə görə günahlandırmaqdan belə çəkinməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm