Bu, Rusiya üçün sürpriz olmadı: Azərbaycan və Türkiyə arasında...
Bizi izləyin

Cənubi Qafqaz

Bu, Rusiya üçün sürpriz olmadı: Azərbaycan və Türkiyə arasında...

“Qars bölgəsində keçirilən təlimlər yeni bir müharibəyə hazırlaşmaq məqsədi güdmür. Bunu bir təzyiq elementi kimi qəbul etmək olar”.

Publika.az xəbər verir ki, bunu hərbi ekspert Vladimir Yevseyev deyib.

Onun sözlərinə görə, bu təlimlər Rusiya Federasiyasına ciddi təzyiq göstərə bilər. Amma bu, Rusiya üçün sürpriz deyil: “Digər tərəfdən isə təlimləri ötən ilin iyul-avqust ayında əvvəllər Azərbaycanda keçirilmiş təlimlərə cavab olaraq qiymətləndirmək mümkündür. Həmçinin Ermənistana təzyiq elementləri də sezilir. Lakin burada rolları şişirtməyin yeri yoxdur.

Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına keçid mərhələsində təlimlər bir daha Azərbaycan və Türkiyə arasındakı hərbi ittifaqın gücləndiyini təsdiqləyir ki, bu da Rusiya üçün sürpriz olmadı. Rusiya-Türkiyə münasibətləri çərçivəsində Moskva olduqca mürəkkəb problemləri həll edə bilər”.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına keçid edir.

Qeyd edək ki, təlimlər Qars vilayətində 1 fevralda başlayacaq və 12-dək davam edəcək. Burada tank birləşmələri, artilleriya bölmələri, snayper dəstələri, xüsusi təyinatlılar və aviasiya iştirak edəcək. Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamada təlimlərin məqsədinin birgə əməliyyatlar zamanı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silah və nəqliyyat vasitələrini sınamaq olduğu bildirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm