Cənubi Qafqaz
Daha 31 erməni hərbçinin meyiti təhvil verildi
Qarabağ müharibəsində həlak olmuş daha 31 erməni hərbi qulluqçunun meyiti yanvarın 26-da Ermənistana təhvil verilib.
Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, müharibə zamanı itkin düşmüş erməni hərbçilərdən birinin qohumu Arsen Qukasyan bildirib ki, meyitlərin bəzilərinin üzərində sənədlər var. O, itkin erməni hərbçilərin axtarışlarının bu gün davam etdiriləcəyini qeyd edib.
Xatırladaq ki, Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçilərin bəzilərinin valideynləri övladlarının tapılmamasından narazıdırlar. Onlar dəfələrlə Yerevanda etiraz aksiyaları keçiriblər və baş nazir Nikol Paşinyan da daxil olmaqla, hökumət rəsmiləri ilə görüşüblər. Lakin hərbçilərin valideynləri görüşlərdən razı qalmayıblar. Hazırda Qarabağda itkin düşmüş erməni hərbçilərin axtarışlarına onların valideynləri də qoşulub.
Ermənistan Qarabağ müharibəsində həlak olan hərbçilərinin sayının 3 600-ə çatdığını etiraf edib.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı