Daha bir erməni nazir Qarabağa qanunsuz səfər edəcək
Bizi izləyin

Cənubi Qafqaz

Daha bir erməni nazir Qarabağa qanunsuz səfər edəcək

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan Qarabağa gedəcək.

Publika.az xəbər verir ki, qanunsuz səfər barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bu, Arşakyanın informasiya və kommunikasiya texnologiyaları sahəsindəki İşəgötürənlər Birliyinin sədri Armen Baldryan və təşkilatın icraçı direktoru Eduard Musaelyan ilə görüşü zamanı açıqlanıb.

Nazirin yaxın vaxtlarda “informasiya texnologiyaları sahəsinin inkişaf imkanlarını müzakirə etmək üçün” Qarabağa getmək niyyətində olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Qarabağa qanunsuz səfər etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm