Paşinyan ömrünü uzatmaq üçün bu yola əl atdı
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan ömrünü uzatmaq üçün bu yola əl atdı

“Mənim addımım” sadəcə hakimiyyətdə qalma müddətini uzatmaq üçün vaxt qazanmağa çalışır.

Publika.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzetinin məqaləsində bildirilir.

Məqalədə hökumətin parlamentin özünü buraxma hüququ vermək niyyətinin bu məqsədə xidmət etdiyi qeyd olunur.

Parlamentə veriləcək bu səlahiyyət Paşinyanın baş nazir olaraq qala bilməsi və erkən parlament seçkiləri keçirməsi zərurətindən irəli gəlir.

Ancaq parlamentdə konstitusiya dəyişikliyi etmək üçün 88 səs almaq lazımdır.

“Mənim addımım” fraksiyasında əvvəllər 88 millət vəkili var idi, ancaq müharibədən sonra 5 millət vəkili blokdan ayrıldı. Bu səbəbdən parlamentdə konstitusiyaya yalnız hakimiyyətin təşəbbüsü ilə dəyişiklik etmək praktik olaraq mümkün deyil və Paşinyanın istefasını tələb etdiyi üçün parlament müxalifəti bu təşəbbüsə qoşulmayacaq. Mövcud hökumətin ömrünü uzatmaq üçün yeni fikirlər yaranana qədər yalnız layihə ilə cəmiyyətin və siyasi qüvvələrin diqqətini yayındırmaq, vaxt qazanmaq mümkündür.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm