• USD 1,7000 0,00% EUR 2,0661 -0,17%
    • GBP 2,3748 -1,35% RUB 0,0229 -0,87%

Paşinyan Zəriflə görüşdü: Ermənistan hazırdır

Paşinyan Zəriflə görüşdü: Ermənistan hazırdır

Regional vəziyyətlə əlaqədar olaraq çətinliklər və imkanlar mövcuddur və yalnız ortaq konstruktiv səylər nəticəsində bölgədə uzunmüddətli sülh və sabitlik yaratmaq mümkün olacaq.

Publika.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşündə bəyan edib.

Onun sözlərinə görə, bir çox məsələ həll olunmamış qalır və Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqları davam etdirməyə hazırdır.

Zərif, öz növbəsində, İranın Ermənistanın narahatlığını başa düşdüyünü və humanitar səylərə kömək etməyə hazır olduğunu bildirib: "İranın böhrana dair mövqeyini bilirsiniz - bu, beynəlxalq hüquqa riayət, xalqların, milli azlıqların qorunması, ərazi bütövlüyünün təmini və güc tətbiq edilməməsidir".

Tərəflər bölgədəki nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılmasının vacibliyini vurğulayıb.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR