Gürcüstanla Rusiya arasında sərhədlər açıla bilər
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanla Rusiya arasında sərhədlər açıla bilər

Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze rusiyalı senator Qriqori Karasin ilə növbəti görüşündə iki ölkə arasındakı quru sərhədinin açılması məsələsini müzakirə edəcək.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Rusiya ilə sərhədin açılması epidemioloji vəziyyətdən asılıdır. Problem məhz elə bundadır. Ümid edirəm ki, tezliklə həm bizdə, həm də bütün dünyada koronavirusla bağlı vəziyyət sabitləşəcək və biz sərhədlərin açılması məsələsini müzakirə edə biləcəyik”, - deyə Abaşidze bildirib.

Gürcüstanlı diplomatın sözlərinə görə, o, yaxın zamanlarda Q.Karasin ilə onlayn görüş keçirməyi planlaşdırır.

Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında yeganə quru yolu olan Kazbek - Yuxarı Lars sərhəd keçid məntəqəsi 2020-ci ilin mart ayından etibarən pandemiya səbəbindən bağlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm