Paşinyan Şuşa ilə bağlı ünvanlanan suala BELƏ REAKSİYA VERDİ
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Şuşa ilə bağlı ünvanlanan suala BELƏ REAKSİYA VERDİ

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin Şuşa ilə bağlı sualını cavabsız qoyub.

Publika.az xəbər verir ki, "Yerablur" hərbi panteonunu ziyarət edən baş nazir media nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edib.

Jurnalistlərdən birinin Şuşanı Azərbaycan şəhəri hesab edib-etməməsinə Paşinyan yazılı sitat gətirəcəyi təqdirdə cavab verəcəyini deyib. Jurnalist isə ona parlamentdəki çıxışını nümunə gətirib. Lakin baş nazir bu dəfə cavabdan boyun qaçırmaq üçün sualı yazılı şəkildə ünvanlamağı bəhanə edib.

Qeyd edək ki, Paşinyan 21 yanvarda parlamentdəki çıxışında müharibədən əvvəl Şuşa əhalisinin 90%-nin azərbaycanlılardan ibarət olduğunu bildirmişdi.

Ermənistan mediası sualı "təxribat xarakterli" adlandırıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm