Minsk qrupu həmsədrləri regiona səfər edəcək
Bizi izləyin

Cənubi Qafqaz

Minsk qrupu həmsədrləri regiona səfər edəcək

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri gözlənilir.

Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan deyib.

Onun sözlərinə görə, Qarabağ nizamlanmasına dair bəzi “əsas məsələlər” həll olunmayıb, bunu ATƏT-in Minsk qrupu həmsədrləri və üzv ölkələrin xarici işlər nazirləri də qeyd edib: “Bu yaxınlarda həmsədrlər görüşlər keçirdi, yaxın vaxtlarda onlarla əlaqə quracağıq. Deyim ki, bölgəyə səfərlərini gözləyirik. Bu, əlavə olaraq açıqlanacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və işəyaramazlığından dəfələrlə bəhs edib və Qarabağ münaqişəsində 30 ildir heç bir irəliləyiş əldə edə bilmədiklərini qeyd edib. Bu qurumun vasitəçiliyi ilə keçirilən danışıqlarda heç bir həll yolu əldə olunmadığı üçün Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm