Yüzlərlə insan Paşinyana qarşı birləşdi - İrəvan çalxalanır
Bizi izləyin

Cənubi Qafqaz

Yüzlərlə insan Paşinyana qarşı birləşdi - İrəvan çalxalanır

Ermənistanın paytaxtı İrəvanda müxalifətin mitinqi keçirilir.

Publika.az xəbər verir ki, etirazçılar əvvəlcə Azadlıq meydanına toplaşıb, daha sonra Baş Prokurorluğun binasına doğru yürüş edib.

Baş nazir Nikol Paşinyanın istefası tələb edilən mitinqə yüzlərlə insan qatılıb.

Mitinqin təşkilatçılarından biri, rejissor Arşak Zakaryan müharibədə dövlətə xəyanət olduğunu və günahkarın cəzalandırılmalı olduğunu söyləyib: “İnsanların bu səlahiyyətlilərə qarşı üsyan etmək, konstitusiya hüquqlarından istifadə etmək haqqı var”.

Zakaryan həm də vəzifəliləri 2020-ci ilin fevralından bəri koronavirusla bağlı məlumatları gizlətməkdə günahlandırıb.

Mitinq zamanı vətənə xəyanət və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı qanunlardan parçalar oxunub.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm